Пятница, 2025-06-27, 9:05 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Əbədi ayrılıq
Gündüzü  aparır  günəş  dalınca
Buludlar  dağılır  tufan  qopunca
Dünya  hərəkətdə , fələk  seçimdə
Görmədim  balamı  gözü  doyunca

Əbədi  ayrılıq  dərdi  ağrılı
Bir  üzüm  gülürsə  biri  qayğılı
Balamla  yaşanan  illər  arxada
Kainat  sonsuzdur , dəniz  dalğalı

Zamanın  yolları  geriyə  bağlı
Ordakı  sevinc  də , kədər  də dağlı
Ruhların  görüş  yeri , röyam  mənim
Xəyallar  aləmi , şirin  nağıllı

Çırpınır  ürəyim  düşdüyüm  torda
Yanıram  alovsuz  közərən  qorda
Yerlərə  sığmayır  dərdin  tüstüsü
Ucalır  göylərə  yayılır  yurda  

Nədir  baxtımıza  yazılan  yazı
Bizə  çoxmu  gördün  çiçəkli  yazı
İlahi ! Bağışla  küfr  ətdim  sənə
Nəvəmlə  isinir  qışın  ayazı

Nənəmuç  ovcumda  göyə  uçubdur
Xəzər  qucağından  dalğa  qaçıbdır
Qaranlıq  gecədə  işıq  sevinci
Qayada  daş  üstə  çiçək  açıbdır
          

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 575 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz