Şeirlər
Unutmaram o gecəni
Unutmaram o gecəni...
O dözülməz işgəncəni...
Ağ mərmərdən divarları hörülən,
Yetmiş yaşda kəfəninə bürünən,
Adı bizim, imperiya geyimli,
MK adlı Azərbaycan Kremli.
İçəridə "yan”lar, "iç”lər
Şərab təki içilənlər
Birləşibdir vəziryanlar,
bəzi " ov”lar
Tora düşən yazıq ovlar.
Ovlanaraq tovlananlar
Zənzirləri öpən qullar
Hörümçəktək tor quranlar
Eynəyinin şüşəsındən,
yad baxışı görünməyən,
Millət üçün,
ürəkləri döyünməyən.
Cəllad olub xalqımıza,
Susayıblar qanımıza.
Unutmaram o gecəni...
O amansız işgəncəni...
Küçə, meydan mücadilə yerimiz,
"Olum-ölüm” taleyimiz
həll edilən izdihamı,
Əzmək üçün
iki başlı əjdahanı.
Mikrafonun gur səsini,
Cavanların nərəsini.
Azadlığın nəğməsini,
Milyonların nəfəsini.
Musiqisi – güllə səsi,
Qarbaçovun rus tələsi.
Anaların ah-naləsi,
Nifrətlərin təntənəsi,
Unutmaram o gecəni...
Tarix olan işgəncəni...
Bir səkinin qırığında
Yanan qəlbin çırağında
Dövrə vurub, bardaş qurub
Neçə qadın, neçə kişi
Azadlığın sorağında.
Nifrət, qəzəb sıxılmışdır
dodağında.
Göz yaşları donub qalıb
yanağında.
Unutmaram o gecəni..
O qırğını, işgəncəi...
Teləmərkəz partladılmış,
Efirdə səs tamam susmuş.
Bu sükütda nələr yatmış
Nə öldürən, nə də ölən,
Şəhidliyi bilinməyən,
Mənimlə bir söhbət edən,
Bir andaca qətlə yetən.
Dəliqanlı o gəncləri
Hökmü-zaman gerçəkləri
Unutmaram o gecəni...
O fəryadı, işgəncəni...
Cəlladlara dönənləri,
Torpağımı bölənləri,
Sinəmizi dələnləri,
Ərsiz qalan gəlinləri,
Tanka sinə gərənləri,
Canlı hasar çəkənləri.
Vətən eşqi ürəyində
Bu dünyadan köçənləri.
Unutmaram o gecəni...
Сan yandıran işgəncəni...
Qanımızı içənləri
Tanklar ilə,
Üstümüzdən keçənləri
Fidanları
Sünbül kimi biçənləri
Şəhid kimi ölənləri,
Talehləri dönənləri
Ocaqları sönənləri...
Yanvar, 1990
|
Категория: Azadlıq yolları | Добавил: Rehim (2013-09-02)
|
Просмотров: 379
| Рейтинг: 0.0/0 |
|
Наш опрос | |
Статистика |
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0 |
|