Üç yüz il ömür sürür quşların "ağsaqqalı”,
Yerə - göyə sığmayır qarğanın naqqallığı.
Daşla ilan öldürən tarixi "igidliyi”,
Dillər əzbəri olmuş onun "böyük mərdliyi”.
Nadanı heyran etdi onun böyük əməyi,
Ancaq müdrikə bəlli qarğanın şeytanlığı.
Oğyrluq cevizlərdən yaranıb bağbanlığı,
Adəmə zərbə oldu, Qabilə öyrətdiyi
Daşla vurub başından, Habli öldürməyi.