Суббота, 2025-06-28, 2:23 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Uşaq qəlbim üşüdü
Dağlardakı  göy  çəmən  günəşin  hərarəti,
Gözlərimdə  qığılcım  qəlbimin  təravəti.
Talehimə  səpilən  məni  məndə  yaşadan,
Həyata  məhəbbətim  tanrının  səxavəti.

Müdriklər  səltənəti  ucalan  düşüncələr,
Ağıllı  insan  ancaq  qulağından  dincələr.
Ürək  hər  an  inciyər  nadanla  üzləşəndə,
Meyvə  üzülən  zaman  saplağından   incələr.

Gəncliyimlə  son  görüş  səsimdəki  titrəyiş.
Göydə  qara  buludlar  tufanlardan  bildiriş.
Həyat  dünyanın  əksi , güzgüdəki  bənzəyiş,
Uçan  quşun  kölgəsi  ümidlərə  söykəniş.

Dağların  dağılması  qayalardan  baş  daşı,
İldırımın  çaxması  buludların  göz  yaşı,
Sahilinə  tələsən  dalğaların  yarışı,
Ölüm – həyat  dostluğu  dünyamızın  təlaşı.

Dərdlidə  acı  gülüş , göz  yaşın  ovunması,
Çürümüş  ağacların  zərbədən  ovulması,
Qocalıqda  böyük  dərd  unudulmaqdır ancaq
Alma  yeyən  Adəmin  cənnətdən  qovulması.

Nağılların  sonluğu , "Göydən  üç  alma  düşdü”
Bu  sonluğa  çatıncan  uşaq  qəlbim  üşüdü.
Biri  ikisin  yedi , qalanara  bir  dilim
Onu  da  yeyən  zaman  dodaqlarım  bürüşdü.
                                                
                                                           2002

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 404 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz