Суббота, 2025-06-28, 4:33 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Təzadlı dünya
Xeyir-şərin  çaları , dünyamızda  təzadlar
Sevinc-kədər  birliyi , içimdəki  əzablar
Vəhdətə  bax  İlani ! Mübarizə ,  ziddiyət
Bunlar  əbədi  qanun  kainatı  tarazlar

Memarı  külək-yağış ,yaranır   daşdan  qaya
İnsanlar  qayalarda  qurur  möhtəşəm  qala
İnsan , zaman , təbiət , dağıdanı  da  onlar
Yenə  təzad  dünyası , izi  yadigar  qala

Gecə - gündüz  sevgisi , ölüm – həyat  dostluğu
Yerdəyişmə  qanunu , bəşərin  sonsuzluğu
Bizsə  onun  zərrəsi , dəryanın  ortasında
Dodaqları  köz  olan , insanın  susuzluğu

Cəhənnəmin  sorağı , vulkanın  oyanması
Əzrailin  bir  anda  milyon  canı  alması
Məhəbbətin  nifrətə  çevrilməsi  anıdır
İldırımın  çaxması , yaşıl  budaq  yanması

Günəşdə  zülmət  görən  gözlü  korlar  dünyası
Heçdən  varlıq  yaradan  dahilərin  dühası
Bu  təzadlar  aləmi , baş  çıxarmaq  çox  çətin
Fərqlənir  bir –birindən, acın – toxun   röyası
                                          
                                                             2002
Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 351 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz