Vətən sözü ürəyimdə, dilimdə,
Nələr olur doğma Təbriz elində.
Mübarizə meydanında düşmənim
Məhv olacaq nifrətimin selində.
Savalanın dərdi yaman çoxalıb,
Zirvəsini boran alıb, çən alıb.
At oynadır yadellilər belində,
Dəlidağım, çəmənzarım talanıb.
Ah-zarımı çevirmişəm şimşəyə,
Düşmənimi keçirəcəm ilməyə.
İgidlərim, amandı ha, qoymayaq
Azadlığın məşəlini sönməyə!
1978