Millətimin qeyrəti, əziz, sevimli oğlum,
Qəlbimin hərarəti, yoxdur səndən heç qorxum.
Döyüşlərdə bərkiyib igid kişi olubsan,
Məktubundan görürəm, tam kamala dolubsan.
Qolların qüvvətlənib, boyundur sərv ağacı,
Elimizə fərəhsən, başımın zirvə tacı.
Əsla darıxma oğlum, qələbəyə az qalıb,
Anan sənə qız tapıb, nişan üzüyü alıb.
Qızın onca yaşı var, səkkiz ilə böyüyər,
Bizim ülvi arzumuz allah qoysa göyərər.
1992