Göylər ömrümün baharına ağ çiçəklər səpərək,
Son görüşdə Araz kimi ayrılığa sədd çəkərək,
Gəncliyimin çılğınlığı bir quş kimi uçub getdi,
Ömrün şirin duyğuların məhəbbətlə qucub getdi.
Bu sərhəddin nə körpüsü, nə də yolu geriyə yox,
Ayırsa da Araz bizi, birləşməyə ümid də çox.
Birincisi, ayrılığın son həddidir həsrət dolu,
İkincisi, birləşməyə uzadılmış qardaş qolu.
Əlac varmı? Düşdüyümüz bu bəladan çıxmaq üçün,
Həm görünən, görünməyən bu sədləri yıxmaq üçün.
Həyat özü böyük sınaq eşqin ülvi hikmətinə,
Tarix özü şahid olub xalqımızın qeyrətinə!
Gəncliyimi uzatmaqda təbib aciz, gözəl gərək,
Dirəkləri dağıtmaqda qılınc tutan min əl gərək.
Birincisi təbiətin qanunudur, mat qalmalı,
İkincisi cəmiyyətin yarasıdır, sağaltmalı.
Moskva, 1988