Суббота, 2025-06-28, 9:59 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Hind toyuq əhvalatı
Amerika  kəşf  edildi  getdi  yüzillik  vuruş
Hindtoyuğu  adilə  tarixə  düşdü  bir  quş
ABŞ  bayram  keçirir  payızda  şərəfinə
Müqəddəs  bir  quş  kimi  qalxırlar  tərifinə
Tarixçilər , quşçular  bu  mövzudan  bəhs  edib
Şairlər  nədəndisə  bu  amildən  yan  keçib
İki  vəhşi  cinsi  var , birinci -  meleadris
Çəkisi  səkkiz  kilo , ikinci – adrokharis  
Quşlara  məxsus  olan  yemilə  qidalanır
Nadir  hallarda  uçur , göylərə  qanadlanır
Mədəni  ətlik  cinsi  hər  tərəfə  yayılıb
Erkəyi  xeyli  böyük , həmişə  də  sayılıb
Hər  cəhətcə  bu  quşlar ,  dişisindən  seçilər
Qoz , zeytun  versən  ona  otuzadək  kökələr
Rəngləri  tunc – metal , yaşıl , kürən  bu  qədim  soy
Enli  sinə , möhkəm  ayaq , xortumlu , ucaboy
Boynu  xallı , baş  hissəsi  təmiz , ləkəsiz
Erkəyi  heykəltək  dayanır  hərəkətsiz
Qəzəbindən  qırmızı ,  yaşıl  rəngə  boyanır
Tükləri  oxa  bənzər  hər  tərəfdən  ürpəşir
Səsindəki  ahəngdən  ətrafa  sükut  çökür
Canlılardan  bir  çoxu  qorxusundan  tük  tökür
Koşqa , mışqa , çoşqa  deyən  qonşu  rus  dillilər
Hindtoyuğuna  "İnduşka”  dedi  bu  yadellilər
 
Həştərxahdan  gələn  quşa  hasıllıbazarlılar
"Həştarxan” adı  verdi    o  vaxtki  yazarlilar
Beləcə  hindtoyuğu  həştərxan  adı  aldı
Şükürlər  olsun  bu  quş  hər  tərəfə  yayıldı
Bu  tarixi  girişdən  keçirməyin  əndişə
Şairəm  yenə  çıxdım  minillik  bir  gərdişə
Bu  başdan  deyim  sizə  sifarişli  bu  yazı
Yüz  səhifəlik  bir  əsər  olacaqdır  ən  azı
Sifarişçi  Kamaldır , sponsoru  Tofiq  bəy
Şükür , Vaqif , Rafiqsə  göstərdilər  böyük  səy
Məqsədləri  qərəzli , salıblar  çox  hay – həşir
Obyekt  Ağahüseyn  bəy , qələmə  alan  Bəşir
Gələn  nəsillər  bilsin , mövzu  əsrin  sonunda
Qədim  Muğan  elində , İmişlinin  yolunda
Ramazan  ayındakı  ac – susuz  insanların
Bir  günlük  tarixidir  keçirtdiyi  anların
Altı  nəfər  yol  gedir  mini  Qazel  maşında
Doktor  Kamal  dayanmış  bu  dəsdənin  başında
Əlindəki  vərəqə , diqqət  ilə  baxaraq
Sürücüyə  deyir  ki , saxla  burdan  quş  alaq
Bu  qəribə  bazardır , qaçqınların  məskanı
Qarğı –həsir  komalar , həm  evi , həm  dükanı
Kamal  əvvəl  başladı  əsil  böyük  alveri
Beş  quş  onbeş  şirvan , qoymadı  heç  əl  yeri
Şükür  buna  qulp  qoyub , dedi  maşın  batacaq
Bəlkə  balıq  alasan , hamımıza  çatacaq
Doktor  bir  söz  deməyib  maşına  qalxdı  yeyin
Danışılan  quşları  aldı  cənab  Ağahüseyn
Dəstəmizə  qatılan  quşlara  olduq  yoldaş
Bununla  da  başlandı  doktor  Rafiqdə  təlaş
Quşa  allergiyam  var , mən  burdaca  düşürəm
İmişlidə  sizinlə  bir  daha  görüşərəm
Rafiqi  edib  sakit  Vaqif  minnətci  düşdü
Pəncərələr  açıldı , hamımız  bərk  üşüdü
Kamalı  soyuq  tutub , burnu  tez - tez  tutuldu
Mənsə  çayımdan  içib , canım  güclə  qurtuldu
Təsəlli  tapmaq  üçün  bölündü  hindtoyuqlar
Biz  alttı , quşlar  beş , kimsə yaqin  boş  qalar
Mübahisə  qızışıb , təkliflər  də  verildi
Yazıq  quşlar  gah  ölüb , yenidən  də  dirildi
Bir  quş  yeddi , dördü  kiçik , çəki  müxtəlif
Yeddi  kiloluq  quşsa  məndən  gözləyir  təklif
Gözün – gözümə  tikib  sanki  deyir  mən  sənin
Səninlə  mən  gedərəm  evində  varsa  dənin
Məni  heyran  etmişdi  quşun  mədəniyyəti
Yazıq  hardan  biləydi  bizdəki  bəd  niyyəti
Şükür  dedi , gəl  kəsək  quşların  ən  böyügün
Kababını  yeyərək  dəf  edək  aclıq  yükün
Qazel  yenə  dayandı  aşxana  qabağında
Düşündük  biz  nə  yeyək  axşamın  bu  çağında
Kamal : - Quşlardan  yeyək , baxdı  kömür  qoruna
Ağahüseyn  düşmədi  onun  yeni  toruna
Vaxtımız  tamam  azdır ,  yəqin  bu  çox  gec  olar
Hazır  bişirmək  üçün  kəsilmiş  quşları  var
Dişləri  cağ  Şükür , Kamal : - kabab , Vaqif : - soyutma
Ağahüseyn , Rafiq , Bəşir : - sulu – yağlı – bozartma
Qərar : - Çoxluq – bozartma ,  bu  təklifi  bəyəndik
Dörd  kiloluq  bir  quşu  qayıdarkən  tam  yedik
Ürəyində  bir  ümid  xərcini  Kamal  verdi
Hindtoyuğun  böyüyü  yəqin  ki , mənim  dedi
Mübahisə  edərək  canımıza  əl  qatdıq
Beynimizdə  min  ümid  Lökbatana  ki , çatdıq
Qazeldən  hindtoyuqlar  juqijiyə  yığıldı
Ürəklərdə  arzular  bir  andaca  dağıldı
Quşdan  bizə  nə  qaldı , işlətsək  də  min  kələk
Sürücüyə  kübrəlik , hərəyə  də  bir  lələk
Bu  qisas  yerdə  qalmaz , Kamal  sakit  söylədi
Kübrəyə  baxa – baxa  ürəyimiz  göynədi
Bir  ağaca  bəs  edər , meyvəsi  də  bol  olar
Çox  vermək  olmaz  əsla , ağac  quruyub  solar
Hamımızın  bağı  var , bax , beləcə  düşündük
Ürəklərdə  yəqin  ki , gübrəni  də  bölürdük
Təsəlliyə  başladıq  gərək  buna  da  dözək
Qadınlar  deyinərdi  çətindi  təmizləmək
Ağır  düşüncələrlə  evimizə  dağıldıq
Ağahüseyn  zərbəsi , qəlbimizə  dağ  aldıq
Bircə  həftə  keçməmiş  yanvarın  onu  səhər
Cəlilabad  elinə  başlandı  yeni  səfər
Maşınımız  Mersedes , artıq  on  nəfər  idik
Hindtoyuq  möhnətinin  söhbətini  edirdik
Mini  məclis  qurulub  tamada  da  seçildi
Kabablar  yeyilərək , arağlar  ki  içildi
Boşaldıqca  şüşələr  məclis  yaman  qızışdı
Yüzcə  şirvan  verərək  Tofiq  həddini  aşdı
Kamal  ilə  birləşib  yeni  bir  tor  toxydu
Lökbatanda  kökələn  quşlara  hökm  oxundu
Üç  gün  çərçivəsində  onlar  yeyilsin  gərək
Ağahüseyn  bu  işdən  necə  cıxacaq  görək
Quşları  yemək  üçün  yeni  plan  cızıldı
Onların  məhvi  üçün  son  qərar  ki , yazıldı
Yanvarın  on  üçünə  ailəlik  dəvət  aldıq
Bu  jestdən  şübhələnib  hətta  təəccüb  qaldıq
Maşınlar  sıralandı , hava  dumanlı , soyuq
Yollandıq  Lökbatana  hamımız  ayıq – sayıq 
Həyətdə  qələbəlik  hamıda  bir  əndişə
Tanış  hindtoyuqları  yolub  çəkiblər  şişə
Qalxdıq  üst  mərtəbəyə , özümüzdən  çox  razı 
Süfrəyə  düzülmüşdür  on  cür  yemək  ən  azı
Sanki  böyük  qələbə  hamı  möhkəm  şelləndi
Diqqətlə  bizi  süzüb  Ağahüseyn  dilləndi
__ Xoş  gördük  nə  çıxmısız  bu  quşların  seyrinə
Günelin  ad  günüdür , oyun  mənim  xeyrimə
Sanki  ildırım  çaxdı  ağır  bir  zərbə  aldıq
Qələbəyə  çatırkən  bu  oyunda  mat  qaldıq
Uduzmağı  bacarmaq  özü  də  bir  kişilik
Bunu  qələmə  almaq  peşəkar  bir  şairlik
Bu  planı  quranlar  özün  tamam  itirdi
Təsəlliyə  ehtiyac  Bəşir  özün  yetirdi
___Çəkdiyimiz  bu  əzab  tamahın  bəlasıdır
Apreldə  yenə  gəllik  bu  hələ  harasıdır
Məkkədən  qayıdaraq  Ağahüseyn  hacı  olar
Halallığn  verərək  məclisin   tacı  olar
Quşları  tamam  yeyib  bu  söhbətdən  doyarıq
Nindtoyuq  söhbətinə  son  nöqtəni  qoyarıq
Şükr  olsun  Allaha  əsrin  sonuna  çatdıq
Ömrün  ahıl  cağında  əsri  bir  əsrə  qatdıq
Atalar  düzgün  demiş , xeyir – şər  ilə  qardaş
Rayona  yas  yerinə  toplandı  altı  yoldaş
Hunday  maşın  tutuldu  başlandı  səfər  yolu
Lətifələr  söyləndi  ürəklər  gülüş  dolu
Yaşar  doktor  həmişə  iki  dəfə  gülürdü
Doktor  Kamal  fikrini  Yaşar  ilə  bölürdü
Sürücüylə  birlikdə  beş  əl  telofunu  vardı
Zənglər – zəngə  qarışıb  kəsilmirdi  heç  ardı
Telofonsuz  iki  müəllim , Hacı  Vaqiflə  Bəşir
Keçmişin  arzusilə  bir – birilə  dərdləşir
Adıböyük  söylədi , bax  bura  Sanqaçaldı
Söhbətin  bu  yerində  yeni  bir  zəng  çalındı
Başçıdır ! Tofiq  müəllim , Kamal  söylədi  səssiz
Müəmmalı  bir  sual , söylə  neçə  nəfətsiz
Doktor  bizi  saymamış  dedi  beşcə  nəfərik
Artıq  Sanqaçaldayıq  üç  saata  gəlirik
Bu  sualın  mənası  sonra  məlum  olacaq
Dastanın  yeni  qolu  adın  burdan  alacaq
Yas  yerinə  çataraq  başsağlığı  veririk
Başçının  dəvətilə  qonaqlığa  gedirik
Yüngülvari  bir  süfrə : __ləvəngi , aş , balığı
Quş  və  quzu  kababı , yanında  da  arağı
Meyvələr  öz  yerində , çərəzləri  demirəm
Hələ  pay  da  olacaq , belə  güman  edirəm
Tofiq  müəllimə  qəlbən  biz  təşəkkür  edirik
Görüşüb  ayrılaraq  artıq  evə  gedirik
Maşın  tərpənən  kimi  arxadan  səs  eşitdik
Hindtoyuqlar  boylanıb  üzümüzə  baxır  dik
Cəmizi  beş  ədəddir , quşlar  bir – bir  sayıldı
Bizsə  altı  nəfərik  Kamal  sanki  ayıldı
Beş  altıya  bölünməz  söylədi  dərin  fikir
__ İki  həkim , iki  müəllim , bir  müdür , bir  bankir
Bunu  bölmək  çox  çətin  hindtoyuq  deyil  qoyun
Bölgüyə  kömək  etdi  uşaq  vaxtki  bir  oyun
İynə - iynə  
ucu  düymə
Şam  ağacı
Şatır  keçi
Qoz  ağacı
Qotur  keçi
happan – huppan  
yırıl – yırtıl 
su  iç  qurtul
Bu  bölgüdə  kimin  boynu  asılacaq  ülgüdən
Bəşir  qəsdən  çıxartdı  özünü  bu  bölgüdən
Hərəyə  bir  quş  çatır  rahat  bölə  bilərsiz
Payınızı  götürüb  evə  gedə  bilərsiz
Aramızda  ən  cavan  Şəmsəddin  əsl  bankir
Quş  payını  götürüb  tərpəndi  zirək , fəndgir
Quş  ki  çıxdı  kisədən , gözlər  baxdı  dalınca
Yəqinki  xəstələndi  yemədi  heç  doyunca
Gecənin  bu  vaxtında , Yaşar  yenə  dilləndi
Diri  quşu  neyləyim  yavaşcadan  deyindi
Kamal  göydə  tutaraq , dedi  heç  darıxmayın
Sabah  təmiz  quşları  aparın  lap  arxayın
Doktorun  bu  mərdliyi  müəllimə  gəldi  baha
Görüm  ki , o  quşları  çıxmasın  heç  sabaha
Səhər  axşama  keçdi , quşdan  bir  səs  çıxmadı
Bəziləri  gözləyib  evdən  çölə  çıxmadı
İkinci  gün  yoruldum  cavab  verməkdən  zəngə
Düşündüm  quşlar  gedər  vəzifəyə , zirəngə
Oxucalar  da  bilsin  kisədə  olduğundan
Xəbərimiz  var  idi  ancaq  quşun  boynundan
Çəkisi  məlum  deyil , ancaq  sayın  bilirdik
Belə  məlum  olur  ki , quşun  boynun  bölürdük
Kamal  insafa  gəldi , cağrıldı  doktar  Yaşar
Orta  çəkidə  bir  quş  ancaq  ona  yaraşar
Evində  payın  aldı  böyuk  müdür  Adböyük
Qaldı  iki  böyük  quş , o  da  çatdı  qudaya
Bəşirin  əli  boşda , Hacı  dedi  xudaya
Bununla  da  qurtardı  quşların  tam  bölgüsü
Müəllimə  çatmadı  nə  diri , nə  ölüsü
Yetim  payını  yemək , deyirlər  böyük  günah
Müəllim  payını  yemək  ondan  da  böyük  günah
Mən  özümü  demirəm  Hacı  üçün  yanıram
Hüququm  taptalanıb  bunu  əsla  danmıram
Lakin  ən  böyuk  zülm  yenə  ona  edildi
Haçını  maşın  tutub , üstəlik   xəstələndi
Ondan  alma , mandarin , hərəyə  iki  balıq
Böyük  səxavət  ilə  evimizə  pay  aldıq
Bu  mərdlik  əvəzində  quşdan  ona  verməmək
İndi  siz  cavab  verin , deyin  bunlar  nə  demək?
İstəyirəm  bu  dastan  xalq  oynuilə  bitsin
Hindtoyuq  əhvalatı  bununla  sona  yetsin
Biz  yemədik , mədənizə  sümük  batcın - iynə - iynə  
Hindtoyuğu  boğazında  xallar  gördüm - ucu  düymə
Közün  zəif  kababları  qoy  çiy  olsun - Şam  ağacı
Hindtoyuğu  quşun  gici , heyvanlarda - şatır  keçi
Odun  əla  yandır  kül  et  kababların - Qoz  ağacı
Qismətləri  allergiya  sənin  kimi - qotur  keçi
Yumurlanıb  bir  kos  olsun  mədənizdə 
                                                - happan – huppan 
Sümükləri  bədənizdə  deşik  açsın - yırıl – yırtıl 
Bu  əzaba  ürək  dözməz , axır  sözüm - su  iç  qurtul
Bunlar  gülüş  dolu  incə , gözəl  zarafatdı
Dostluğa  körpü  salan  əbədi  bir  həyatdı
 
Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 481 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz