Qürbətlik yamandır, düşdüm uzağa Üç öpüş göndərdim sevimli yara Qəlbinə, gözünə, o bal dodağa Çatdımı bilmirəm, içimdə yara
Küləklə uçuşdu, yollandı sözüm Çağlayan çeşmədir, ağlayan gözüm Ərmağan olacaq, o gül yanağa Lalədən saçına bir çələng düzüm
Nəqş olub gözümdə gözəl surətin Canımın içini üzür möhnətin Sızlayır ürəyim, dözmür bu dağa Həyata dönüşdür sənin şəfqətin
Kəsilib ayrılıq, ömrümə yağı Gedir baharımın çiçəkli çağı
Uçurma baxtımı, qonsun budağa Odlansın qəlbimdə eşqin çırağı
Gülün tikanından Bülbül yaralı Həsrət! Eşqimizin ortaq çaları Yansaq da susarıq, atın ocağa Yüksələr naləmiz, düşsək aralı
Canlar alandı Öpücük göndərdim Lalə yanağa Süruşüb düşdü ki o bal dodağa Saplağı üzüldü, ürək dayandı Dedilər bu gözəl canlar alandı
|