Суббота, 2025-06-28, 1:36 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Azadlıq yolları

Göz yaşı
Sevincdə kədərdə nədir göz yaşı,
Çırpınan ürəkdə insah təlaşı,
Duyğular düzümü, sirlər toplusu,
Göz açan körpənin başlangıç yaşı.
 
Qəhqəhə gülüşün, dərdin sirdaşı,
Buludla şimşəyin canbir qardaşı.
İlahi qüvvənin bizdən sorğusu,
Tüstünün acısı, ağacın yaşı.
 
Güldən corab uman qızın Van qışı (1)
"Kəpəzin göz yaşı” Səttar naxışı.
Həyatın dərsləri eşqin coşqusu,
Van Qoq hədiyyəsi, Məcnun baxışı. (2)
 
 "Mömünə türbəsi”, gözü göy kaşı,
"Göy-gölün” qurbanı, Kəpəzin başı.
Çılğın gəncliyimə dönüş arzusu,
Atama bağlılıq xəyal yaddaşı.
 
Ankara, Çaldıran, Muşun savaşı,
Qardaşın kəsdiyi Cahanşah başı. (3)
Tarixin təzadı, ölüm yolçusu,
Zülmlə qurulan taxtın daş – qaşı.
 
Şəhidlə vidada xalqın alqışı,
Poladdan od alan bir çaxmaqdaşı.
İlk insan qətlinə şeytan qurğusu,
Habili öldürən qarğanın daşı.
 
Salxım söyüd, qara çarşab çağdaşı,
Həyatın aynası, üzün qırışı.
Dalğanın, küləyin dərdli tablosu,
Daşlara yazılan zamanın yaşı.
 
Ananın xalısı, göyün qurşağı,
Torpaq bərəkəti, günəş nəqqaşı.
Şuşanın dağları, ətir qoxusu,
Məhkum Qarabağın hər bir qarışı.
 
Xocalı körpəsi soyulan başı,
Mələk qanadında cənnətə daşı.
Vətəndə Vətənsiz elin yurdsuzu,
Tarixin ləkəsi bir qan yaddaşı.
 
Sarkozi yandaşı, Putin "malışı”,
Sarkisyan birliyi, hayın candaşı.
Qondarma soyqırım, türkün qanlısı,
Erməni hiyləsi, timsah göz yaşı.
 
Nakam eşqin alovlanan yaddaşı,
Çaylarda can verən bir çaylaqdaşı.
Odlar yurdu, qarı düşmən ordusu,
Türkün faciəsi "Sarı qamış”ı.
 
İylənib atılmış "gülün” yanlışı,
Hər səhər sərilən dəsmalın yaşı.
Gündüzə qatılan qaçmış yuxusu,
Qayalarda uçan damla yağışı.
 
Vam odda dəmlənən anamın aşı,
Sac üstə xal-xal olan lavaşı.
Günəş şüasında qırov damcısı,
Səmada rəqs edən bəyaz quşbaşı.
 
Beş il sevdiyinlə yaşamaq naxşı,
Tam bir həyatı yaşamaqdan yaxşı.
Baharda budanan meynə ağrısı,
İlin fəsillərin çaşdıran naşı.
 
Hər ömür insanın bir həyat yaşı,
İçimə sığmayan Müşfiqin yaşı.
Cabbarlı nisgili, ana naləsi, Sevilən
"Sevil”i, tənha Balaşı.
 
Sahilə tələsən dalğa yarışı,
Bədnam qonşumuza qaçqın qarğışı.
Körpə balasına atəş qorxusu,
Ovçunu aldadan ceyran qaçışı.
 
Namərdin gülləsi igidə qarşı,
Ananın övladla vida barışı.
Göylərin qəzəbi, yağan dolusu,
Füzuli naləsi, Üzeyir marşı.
 
Ümidi göylərə yetim baxışı,
Doğma balasından qəlbi sınmışı.
Millətin qeyrəti, örnək namusu,
Qazan xan Xatunu, oğul çağrışı.
 
Millətçi ölkənin yad vətəndaşı,
Son nəfəs istəyi bir Vətən daşı.
İnsan talehinin qara qutusu,
Yuvasından düşən quş çırpınışı.
 
Naleyi neydir gölün qamışı,
Qırılan qönçənin açılmamışı.
Qovulan ceyranın ürkək yuxusu,
Dünyanın ən gözəl yaradılmışı.
 
Dərdli ürək kimi arının şanı,
Döylən taxılı sovuran şanı,
İsməti üzündən pipiyi şanı,
Dünyaya yayılan şöhrəti – şanı.
 
Əynində paltarı ögey nimdaşı,
İçini yandırar, çölü dişarı.
Yıxılan qızcığaz, çırılan donu,
Körpənin əlində partlayan şarı.
 
Qolda zəncir, kürəyində yad daşı,
Daş dostdansa sinəndə sən daş daşı.
Qurbağa söyləmi maral quşqusu,
Ölümdür sonluğun yox qayıdışı.
 
Kainat insanın sanki oxşarı,
Günəş gözüdürsə, Ay onun qaşı.
Təbiət ürəyi, bəşər duyğusu,
Dağlar ulu dərdi, sular göz yaşı.
 
 
                                   10.12.2011
 
1) Türkiyə prezidenti Abdulla Gül zəlzələdən sonra Vanda beş yaşındakı Erken Mələk adlı qız ondan üşüyən ayagını göstərib corab istəmişdir .
2) Hollandiya rəssamı Van Qoq (1853 – 1890 ) sevgi – sini sübut etmək üçün qulağını kəsib ona göndər – sə də rədd cavabı alır . Dəli adlanır və intihar edir .
3) Ağqoyulu Uzun Həsən Muş döyüşündə Qaraqoyulu Cahanşahın başını kəsib Türk sultanı Vateh Mehmetə
Категория: Azadlıq yolları | Добавил: Rehim (2013-09-02)
Просмотров: 385 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz