Göyçəni gəl sən unut, Vətən demə o yurda,
Xan kəndini bu gün tut, Vətən söylə bu yurda.
Eşqinə saz çaldığın o dumanlı dağlarda
Neçə körpən qırıldı qayalarda, buz-qarda.
Düşmənə can deyənə, yurda Vətən deyilməz,
Vətən polad qılıncdır, sınarsa da əyilməz.
Gecə-gündüz çalışıb yaratdığın nemətin
Süfrələri bəzədi, bilinmədi qiymətin!
Kirvənə qardaş dedin, səni daşa qaladı,
Gül bilib bəslədiyin əllərini daladı.