İlahinin qüdrətindən, əyriləri silər düzlər
Ürəyim tək alovlanır, ocağımda yanır közlər
Məhəbbətin çırağında, işıq saçır gözəl gözlər
Xəyalının yarsı olan, arzulara çatmalısan
Mələklərin qucağında, xoşbəxtliysə səni gözlər
Külək qovar, bulud uçar, bu həsrəti çəkən bilər
Göylər ağlar, yer göyərər, torpağını əkən gülər
Günəş yanar, Aysa sönər, qaranlığı şəfəq sökər
Tufan qopar, dalğa qaçar, qayalara çarpmalısan
Sahilini öpən zaman, göz yaşların sevən tökər
Hər varlığın bir sonluğu, Bəşir düşmə sən təlaşa
İllərini saymaqdansa, Allah verən ömrü yaşa
İnsanlardan bir çoxları möhtac qalır bir baş daşa
Axirəti qazanmaqçün, dünya yükün atmalısan
Əlin göydə, haqqın yerdə, günlərini vermə boşa
İbadətin yaxşılıqdır, qanindadır xeyirxahlıq
Anandan çox mehribanlıq, atandansa aldın xanlıq
Nəslimizin ulduzları yaratmışdır bir xaqanlıq
Bu zirvədə qalmaq üçün, günəş kimi yanmalısan
Gecələri yara – yara, qoy dağılsın şər – qaranlıq
10.02.2013.
|