Суббота, 2025-06-28, 6:47 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Aygün
Sən  dünyaya  gələndə  Günəş  nura  boyandı
Aysa  sevinc  içində  pənçərəndən  boylandı
Dünyanın  iki  gözü  adını  sənə  qoydu
Bu  gözəllər  birləşib  ətrafına  dolandı

Aygün  bahar  duyğulu, qızların  ən  gözəli
Günəş  həyat  mənbəyi, dünyamızın  əzəli
Aysa  türkün  ilqarı, əməlin  tək  işıqlı
Ömür – həyat  qismətin,  adın  tək  yaraşıqlı

Qəlbin  də  adın  kimi  həyata  işıq  saçır
Arzuların  çin  olur  gələcəyə  yol  açır
Hisslərin  Ay  işıqlı  xoşbəxliyin  axtarır
Amalın  büllur , təmiz , baxtına  doğru  qaçır

Övladların  uğuru  ata – ana  sevinci
Balaların  nübarı  Aygün  yenə  birinci
İlk  qızın , dan  ulduzun , artıq  həkim  olacaq
Dostları  təbrik  edir  Fəxrəddinlə , Sevinci

Atanın  başı  uca . qoy  sevinsin  Fəxrəddin
Adı  özünə  layiq , fəxridir  böyük  elin
Həyata  vəsiqəsin  Aygün  artıq  alıbdır
Qanad  açıb  arzusu ,  siz  bununla  fəxr  edin
Anası  Sevinc  xanım  ətir  saçan  bir  çiçək
Alimlik  adın  alıb  ağlı  hüsnütək  göycək
Qızları  həkim  olar , Muradı  hüquqşünas
Bu  mehriban  ailəyə  xoşbəxtlik  bəxş  edəcək

Bacın  İradə  xanım  sənin  yolunu  tutdu
Universtetə  girməyi  buna  əla  sübutdu
İnsanlara  məhəbbət  onu  da  təbib  etdi
Məhəbbəti  yaradan  bu  ocaqdı , bu  yurddu

Qızların  ən  kiçiyi , ərköyün  incə  Nəzrin
Çılğn  təbiətinlə  Xəzərədir  bənzərin
Baxtına  doğru  uçan  belə  şirin  balanın
Üstündən  əskik  etməz  İlahi  öz  nəzərin

Bacılara  arxadır , igid  sevimli  Murad
Ata – ana  sevinci  onunla  açar  qanad
Evə  gəlin  gitirər , nəsli  davam  etdirər
Fəxrəddinin  fəxridir , çıxaracaq yaxşı ad
               


Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 256 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz