Суббота, 2025-06-28, 0:57 AMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Ünvanlı misralar

Atamın ağ çiçəyi
Yubleyinə  az  qalır, atamın  ağ  çiçəyi
Altı  övlad  içində  sonbeşiyi, kiçiyi
Xeyir – dua  Allahdan  uçub  düşdün  uzağa
Sevildin, əziz  oldun  gözəllərin  göyçəyi

Yadındamı?!  Qonşudan aldığınçın  qorğanı
"Pırpızlı  qız” sözündən  döydüm  səni , oğlanı
Böyüdün  birdən – birə  gözəlləşib  boy  atdın
Qismətinə  yetirdi  dostumuz  Xanoğlanı

Ağsaqqallar  sözülə  quruldu  möhkəm  ailə
İlk  övlad  qızın  oldu  adı  qoyuldu  Şəhla
Kamalına  söz  olmaz,  gözəlliyi  bənzərsiz
Sanki   bəhsə  giribdir  Günəş  ilə  Ay  ilə

Ardınca  Fərhad  oldu,  igidlikdə  bir  Fərhad
Onunla  arzuların  ucaldı  açdı  qanqad
Əsgəri  xidmətilə  səni  şairə  etdi
Şeirlərin  oğluntək  çıxartdı  möhkəmcə  ad

Seymur  zəhmət  simvolu, Sənubər  çox  mehriban
Amalyaya  şirinlik  vermiş  böyük  Yaradan
Nüşabə , Nigar  gəlin, bəzəyin  nəvələrin
Xoşbəxtliyə  çatasan, Allah  verdiyi  paydan

Категория: Ünvanlı misralar | Добавил: Rehim (2013-11-23)
Просмотров: 344 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz