Пятница, 2025-06-27, 8:18 PMПриветствую Вас Гость

Bəşir Şüküroğlu - Tarixçi, alim, şair

Şeirlər

Главная » Статьи » Hikmət çələngi

Ağcaqayın
Ağcaqayın  hörükləri  yanağıma  toxunur
Siyah - bəyaz  vəhdətindən  gözəl  xalı  toxunur
Gündüzü  adında  gecəsi  talehsiz  insantək
Biri  naxışından  digəri  baxışından  oxunur

Bəxtəvər  deyə-deyə  bəhs  etdilər  yaşından
Kim  bilir  nə  bəlalar  kecib  dərdli  başından
Sinəsində  açılan  yaranın  ağrısından
Uf  demədən  içdilər  süzülən  göz  yaşından

Saçağından  süzülən  günəş  şüasında
Rəqs  edən  yarpağı   təfəkkür  dünyasında
Əsən  küləyi , çırpınan  ürəyi  görürəm
Cansızı  canlı  edən  İlahi  dühasında

Yarpağı  ürəyə  bənzəyir  titrəyir-əsir
Qopmağı  sonsuzluğu  kökünə  olub  əsir
Sanki  sevimli  yarım  mənə  şeir yaz  deyir
Baxıb  bu  cüt  gözələ  ilhama  gəldi  Bəşir
                                                                                       Truskavets, 2011

Категория: Hikmət çələngi | Добавил: Rehim (2013-11-23)
Просмотров: 618 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Форма входа
Категории раздела
Hikmət çələngi [30]
Azadlıq yolları [24]
Məhəbbət sorağında [24]
Ünvanlı misralar [46]
Поиск
Наш опрос
Saytı qiymətləndirin!
Total of answers: 137
Flag Counter
Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Онлайн всего: 1
    Гостей: 1
    Пользователей: 0
    Бесплатный конструктор сайтовuCoz